Həmvətənimiz
Dünya Rəssamlıq Akademiyasına üzv seçilib
Naxçıvan Rəssamlar
Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı,
Naxçıvan Dövlət Universitetinin müəllimi
Ülviyyə Həmzəyevanın “Yeni Era” Dünya Rəssamlıq
Akademiyasına həqiqi üzv seçilməsi ilə
bağlı təhsil ocağında professor, müəllim və
tələbələrin iştirakıyla tədbir
keçirilib.
Tədbiri universitetin prorektoru, professor Məmməd Rzayev açaraq “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silovu iştirakçılara təqdim edib, Ülviyyə Həmzəyevanın yaradıcılığından danışıb.
Anatoli Silov tədbir iştirakçılarına təmsil etdiyi akademiya haqqında məlumat verib. Bildirib ki, baş ofisi Xorvatiyada yerləşən akademiyada 130 ölkədən olan fırça ustaları təmsil olunur. Ülviyyə Həmzəyevanın quruma ən gənc üzv kimi qəbul olunduğunu vurğulayan qonaq “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının fəxri diplomunu, vəsiqə və mantiyasını rəssama təqdim edib. Tədbir iştirakçıları Ülviyyə Həmzəyevanın əsərlərindən ibarət sərgi ilə də tanış olublar.
Fariz Yunisli
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 15.